Hadisə

Şəhid atası prokurorluğa üsyan etdi

Ağdamdan məcburi köçkün, şəhid atası Əli Hüseynov ölkə başçısı İlham Əliyevə və Baş prokuror Zakir Qaralova növbəti dəfə müraciət edib. Müraciətin bir surətini də KİV-ə ünvanlayan Əli Hüseynov oğlu ilə birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu xatırladaraq bildirib ki, Sahibkarlığa Kömək Milli Fondunun rəhbəri Şirzad Abdullayev onların fəaliyyətinə maneə törədir:

“Mən bu barədə Baş Prokurorluğa şikayət etmişəm. Bir ildir ki, materaillarımız Yasamal Rayon Prokurorluğunda araşdırılır. Amma indiyə qədər bir nəticə yoxdur. Nə cinayət işi başlanıb, nə də rədd qərarı verilib.

Cənab prezident, belə görünür ki, prokurorluq orqanlarında haqq ədalət yoxdur. Hara baxır Baş Prokurorluq. Bir ildir ki, mənə bir cavab vermirlər. Mən prokurorluqdan, oradakı materialların araşdırılmamasından şikayət edirəm. Bunlar isə müraciətlərimi aidiyyatı olmayan quruma – İqtisadiyyat Nazirliyinə göndərirlər.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Mən 82 yaşlı şəhid atası kimi inanıram ki, vətəndaşı süründürməçiliyinə məruz qoyan, qanunları pozan, vəzifəsindən sui-istifadə edən bir məmurdan şikayətlərin ört-basdır edənlərin hər biri qanun qarşısında cavab verəcək. Cənab prezident prokurorluq orqanlarında dəyişiklik edəndən sonra haqq-ədalət tanınacaq və qanun işləyəcək. Mən buna inanıram.

Cənab prezident, Sizi mərhum Heydər Əliyevin ruhuna and verirəm ki, bu müraciətimi xüsusi nəzarətə götürərək qanunu pozanlar barədə tədbirlər görülməsinə göstəriş verəsiniz”.

Namiq Həmidov

Bənzər yazılar

Back to top button