Dünya

Soros: “Bu, Aİ-nin sonu olacaq”

“Avropa İttifaqının həyatda qalıb qalmayacağından narahatam. Çünki əksik bir quruluşdur. Təkcə bu da deyil. Eyni zamanda hüququn aliliyinə dayandığı üçün ABŞ-dan daha müdafiəsizdir. İnkişaf çarxları çox yavaş hərəkət edərkən, Kovid-19 virusu kimi təhdidlər çox sürətlə irəliləyir”.

Qaynarinfo xəbər verir ki, bunu İntependent-ə açıqlamasında amerikalı milyarder Corc Soros deyib. 89 yaşlı investor Almaniya Konstitusiya Məhkəməsi ilə Avropa İttifaqı arasında ictimai aktivlərin alınması proqramı barədə yaşanan anlaşmazlığı xatırladaraq, bu mövzuda ciddi narahatlıqları olduğunu dilə gətirib.

“Qərar Almaniyanın ən önəmli qurumu olan Almaniya Konstitusiya məhkəməsi tərəfindən verildiyi üçün, Avropa İttifaqını hüququn aliliyinə söykənən bir qurum olaraq yox edə biləcək təhdid yaradır. Alman məhkəməsinin qərarı Aİ-nin bu tip hadisələrlə mübarizəsini əngəlləyirsə, bildiyimiz kimi Aİ-nin sonu olacaq”, – deyə Soros bildirib.

Qeyd edək ki, ötən həftə Almaniyanın Konstitusiya Məhkəməsinin hakimləri Avropa Mərkəzi Bankının Bundesbankın 2,7 trilyon avroluq aktivlərinin alınması proqramlarına qatılması üçün atdığı bəzi addımların ölkə konstitusiyasına zidd olduğunu bildirib. Hakimlər AMB-nin addımlarının Avropa İttifaqının müqavilələri ilə dəstəklənmədiyinə qərar verib. Sözügedən qərar maliyyə genişlənməsini və Pandemiyada Təcili Qəbul Proqramını əhatə etmir. Qısası, artıq almanların pulu ilə nəyin bahasına olursa-olsun, Avropa İttifaqı ölkəsini xilas etmək konstitusiyaya zidd sayılacaq.

Bənzər yazılar

Back to top button