Dünya

Trampdan F-35 açıqlaması: “Türkiyə vermirik desə, nə olacaq?”

“F-35 qırıcılarının Türkiyədə istehsal olunan bəzi detalları artıq başqa bir yerdə hazırlana bilər”.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. O, bildirib ki, Türkiyə ilə münasibətlər pozulsa, bunun istehsal prosesinə mənfi təsir göstərə biləcəyinə işarə edib.

“F-35-lərin əsas gövdəsi Türkiyədə istehsal olunur və buradan göndərilir. Hazırda Ərdoğanla yaxşı münasibətlərimiz var, amma belə olmaca nə olacaq? “Sizə F-35-in detallarını vermirik” desələr nə edəcəyik?”, – deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ administrasiyası Türkiyənin Rusiyadan S-400 raket kompleksləri almasından sonra ötən ilin iyulunda Türkiyənin F-35 proqramından çıxarılacağını açıqlamışdı. Buna baxmayaraq Trampın Türkiyənin hələ də F-35 detallarını ABŞ üçün təmin etməsini söyləməsi fikirləri qarışdırıb.

Türkiyə 2002-ci ildən bəri F-35 proqramının rəsmi tərəfdəşıdır və sazişdə 100 ədəd F-35 A tipli qırıcı alacağı qeyd olunub. Türkiyənin proqramdan çıxma müddəti isə hələ başa çatmayıb.

Bənzər yazılar

Back to top button