Hadisə

Kökçünlərin binasında digər şəxslərə mənzil verənləri hansı cəza gözləyir? (ŞƏRH)

“Məcburi kökçünlər üçün tikilən binada kənar şəxslərə mənzil satanları 10 il cəza gözləyir”.

Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Aslan İsmayılov deyib.

Onun sözlərinə görə, bu məsələdə bir deyil, bir neçə cinayət törədilib:

“Birincisi, 100 faiz vəzifə səlahiyyətlərindən vəzifədən sui-istifadə, ikincisi rüşvət alma, üçüncüsü saxtalaşdırma halları var. Bu maddələrdə cinayət işi qaldırılmalıdır. Köçkünlərin binasında köçkün olmayanlara mənzil verilməsi bir necə cinayətdin törədilməsidir”.

Aslan İsmayılov bildirib ki, bu cinayət əməlləri həm də jurnalistlər üçün tikilən binada törədilib:

“Jurnalistlərə verilən binada 20-30 faiz mənzil alanlar jurnalist deyil, ya da bir neçə dəfə mənzil almış adamlardır”.

Qeyd edək ki, Prezident İlham Əliyev Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı videoformatda qəbul edib. Prezident çıxışında “Bir binada yaşayanların 20 faizi köçkün deyildi. Necə gəliblər ora? Kim onları yerləşdirib? Kim onları qeydiyyata alıb? Dövlət orqanları. Nəyinsə müqabilində bunu ediblər. Yoxsa necə ola bilər ki, köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır. Belə hallar var” deyə bildirib.

Bənzər yazılar

Back to top button