GündəmManşetSağlamlıq

Yevlaxdakı “Qaraçı məhəlləsi”ndə son vəziyyət: 53 nəfər koronavirusa yoluxub

Yevlaxda “Qaraçı məhəlləsi” (Bakıdan 295 km. qərbdə) təcriddə qalır, ikinci gündür ki, yerli sakinlərdən başqa oraya heç kim buraxılmır. Bu barədə Turan-a yerli mənbələr bildiriblər.

Xatırladaq ki, iki gün əvvəl Yevlaxda koronavirusla yoluxma halında kəskin artım qeydə alınıb. Yoluxan şəxslərdən 53-ü həmin məhəllənin sakinləridir.

Sərt karantin tədbirləri sakinlərin narazılığına səbəb olub və onlar polislə qarşıdurma yaradıblar.

Şəhərə daxili qoşunlar yeridildikdən sonra vəziyyət sabitləşib.

Rayona giriş-çıxışda blokpostlar qoyulub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, məhəllədə təxminən bir min yarım adam yaşayır.

Hazırda həkimlər məhəllə sakinlərinin müayinəsini davam etdirirlər, bütün xəstələr xəstəxanaya yerləşdirilib.

Bənzər yazılar

Back to top button