İdman

“Neymarın məşqçisi olmaq istəyərdim” – Setyen

“Barselona”nın baş məşqçisi Kike Setyen PSJ-nin hücumçusu Neymarın transferi barədə danışıb.

Fanat.Az xəbər verir ki, ispan çalışdırıcı “beIN Sports”a müsahibəsində Neymarın məşqçisi olmaq istədiyini bildirib:

“Təbii ki, Neymarın məşqçisi olmaq istəyərdim. Biz yüksək səviyyəli futbolçudan danışırıq.

Xoşbəxtlikdən, artıq xəyallarımdan birini reallaşdırmışam. Dünyanın ən yaxşı futbolçusu rəhbərliyim altında oynayır. Söhbət Messidən gedir.

Neymarın transferinin reallaşıb-reallaşmayacağını bilmək üçün gözləməkdən başqa seçimimiz yoxdu. Amma keçid alınsa, sevinərdim. Başqa cür ola da bilməz”.

Bənzər yazılar

Back to top button