Dünya

Ermənistanda qorxulu COVID-19 statistikası: 1 sutkada 442 nəfər yoluxma, 15 ölüm

Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin saytında verilən məlumata görə, 28 may cümə axşamı günü səhər Ermənistanda təsdiqlənmiş 8216 koronavirus hadisəsi qeydə alınıb. Son sutkada yeni yoluxma sayı 442 oldu.

AzToday.az Ermənistan mediasına istinadən xəbər verir ki, koronavirus üçün cəmi 54 min 931 test keçirilib. Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, son 1 sutkada koronavirusdan 15 nəfər ölüb.

Məlumata görə, ölənlərin ən yaşlısı 92, ən gənci 43 yaşında olub.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button