Siyasət

Qazaxın 7 kəndi və Kərki ilə bağlı rəsmi açıqlama

Qazaxın 7 kəndi və Kərkinin qaytarılması delimitasiya prosesinin tələbinə uyğun aparılacaq.

AzToday.az APA-ya istinadla xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

O qeyd edib ki, bu ərazilərin Azərbaycanın tərkibinə keçməsi ilə bağı məsələ aparılan danışıqlar nəticəsində həllini tapacaq.
Nazir müavini həmçinin qeyd edib ki, Brüssel görüşündən Ermənistan tərəfinin sülh sazişinə və delimitasiya prosesinə başlamağa razılıq verməsi barədə qənaət yaranıb.

Onun sözlərinə görə, bu istiqamətdə səylər davam etdirilir:

“Sülh danışıqları Azərbaycanın 5 maddəlik təklifi əsasında aparılacaq”.

Bənzər yazılar

Back to top button