Dünya

“Turkish Airlines”in adı dəyişdirilir – Ərdoğan açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin hava yolu şirkətinin “Turkish Airlines” deyil, “Türkiye Hava Yolları” adlandırılacağını deyib.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Türksat 5B” peykinin işə salınma mərasimində çıxışı zamanı bildirib.

“Artıq Turkey yoxdur, Türkiyə var. Bundan sonra təyyarələrimizin gövdəsində Turkish Airlines əvəzinə Türkiyə Hava Yolları yazacağıq”, – Ərdoğan bildirib.

Bənzər yazılar

Back to top button