Dünya

Tramp rəsmən elan etdi: ABŞ Kosmik Qüvvələri…

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Kosmik Hərbi Qüvvələrinin yaradıldığı barədə rəsmi açıqlama verib.

RİA “Novosti” xəbər verir ki, bu barədə Tramp ölkənin hərbi büdcəsinin imzalanma mərasimində çıxışı zamanı deyib.

“Bu gün rəsmi olaraq silahlı qüvvələrimizin Kosmik Qüvvələr adlanan yeni bir qolunu təqdim edirik”, – Tramp bildirib.

Onun sözlərinə görə, Kosmik Qüvvələrə Hərbi Hava Qüvvələrinin generalı Con Raymond rəhbərlik edəcək.

Bənzər yazılar

Back to top button