İdman

Neymar zədələndi

Braziliya millisinin və PSJ-nin futbolçusu Neymar zədələnib.

Qol.az “L Equipe”-ə istinadən xəbər verir ki, o yığmanın düşərgəsində sıradan çıxıb. 29 yaşlı hücumçunun əzələsində problem aşkarlanıb. Təcrübəli oyunçu bu səbəbdən “Nant”a qarşı Liqa 1 matçını buraxacaq. Onun İngiltərənin “Mançester Siti” klubu ilə Çempionlar Liqasının qrup oyununda meydana çıxıb-çıxmayacağı isə sual altındadır.

Qeyd edək ki, Zədəsini yenicə sağaldan Serxio Ramos, Marko Verratti və Presnel Kimpempenin isə qarşıdakı görüşdə oynayacağı gözlənilir.

Bənzər yazılar

Back to top button