Hadisə

“Çində 500 azərbaycanlı tələbə var…”

“Uhanda karantinə çox ciddi şəkildə əməl olunur. Şəhərə giriş-çıxış bağlanıb. Nə yerli, nə də xarici vətəndaş Uhanı tərk edə bilməz. Artıq şəhərlərdən əlavə universitetlər də karantinə alınıb. Biz təxliyə olunmuşuq, o demək deyil ki, bütün xarici vətəndaşlar təxliyə olunub”.

AzToday.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çinin Uhan şəhərindən yayılan ölümcül koronavirus epidemiyasına görə bu ölkədən Türkiyəyə təxliyə edilərək 14 gün Ankarada xəstəxanada karantində saxlanılan və oradan Azərbaycana yola salınan 6 Azərbaycan vətəndaşından biri Leyla Quliyeva bildirib.

O deyib ki, Uhanda təxliyə olunmayan çoxlu xarici vətəndaş var: “Dövlətimizin qüdrətindən irəli gəlir ki, biz 8 günə Çini tərk edə bildik. Bizim kimi az ölkə var ki vətəndaşlarını çıxarda bilib”.

L.Quliyeva bildirib ki, Çinin digər vilayətlərində də azərbaycanlı tələbələr var: “Çində təxminən 500-ə yaxın azərbaycanlı tələbə var. Bildiyim qədərilə, onlarla da intensiv əlaqə saxlanılır, ehtiyacları qarşılanır. Yəqin ki, onların da yaxın zamanda təxliyəsi baş tutacaq”.

Bənzər yazılar

Back to top button