Hadisə

Ölüm hadisəsinin baş verdiyi Bərdə xəstəxanasının baş həkimi danışdı

“Əməliyyatdan sonra qəflətən xəstənin ürəyi dayanıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında Bərdə rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Nizami Mehdizadə xəstəxanada əməliyyatdan sonra dünyasını dəyişən Ayşən Həsənovayla bağlı hadisəyə aydınlıq gətirərkən deyib. Baş həkim bildirib ki, hazırda xəstənin ölümü ilə bağlı araşdırma aparılır:

“Əməliyyat olunub. Əməliyyatdan sonra xəstənin ürəyi dayanıb. Hazırda onun ürəyinin hansı səbəbdən dayanması ilə bağlı araşdırma gedir. Nümunələr götürülüb, ekspertizanın rəyini gözləyirik”.

Qeyd edək ki, Bərdədə ölüm hadisəsi baş verib. 1992-ci il təvəllüdlü Ayşən Həsənova Bərdə rayon Mərkəzi Xəstəxanasına “yumurtalığın boğulmuş kistası” diaqnozu ilə daxil olub və “kistanın çıxarılması” cərrahi əməliyyatı olunduqdan sonra ölüb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bənzər yazılar

Back to top button