Bizim seçimCəmiyyətGündəmSiyasət

İsa Qəmbər: “Hakimiyyətin tədbirləri ictimai inam yaratmalıdır”

Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə çərçivəsində karantin rejiminə əməl olunmaması ilə bağlı problemlər həm də əhalinin hakimiyyətə inamının olmaması ilə əlaqədardır. Bu barədə fikri Turan agentliyinə Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər çoxlarının karantin rejiminin qaydalarına əməl etməməsi və bu səbəbdən karantin şərtlərinin daha da sərtləşdirilməsinin mümkünlüyü ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvlərinin bəyanatını şərh edərkən deyib.

İ.Qəmbərin fikrincə, hakimiyyət koronavirusla mübarizə üçün ictimai komitə yaratmalıdır.

“Bu ictimai komitəyə cəmiyyətdə nüfuzu olan siyasi qüvvələrin təmsilçiləri, ekspertlər daxil edilməlidir ki, komitənin qərarları və yaxud tövsiyələri əsasında qəbul edilən qərarlar cəmiyyət tərəfindən etimadla qarşılansın”, – İ.Qəmbər deyib.

Onun fikrincə, həbs yerlərində, koloniyalarda insanların həyatına təhlükəni aradan qaldırmaq üçün siyasi məhbuslar və xırda əməllərə görə, təsadüfü hadisələrə görə həbs edilmiş insanlar, yaxud müddəti az qalmış məhbusların hamısı azadlığa buraxılmalıdır.

İkincisi, ümumiyyətlə, bu xəstəliklə bağlı karantinin şərtləri bütün vətəndaşlara bərabər şəkildə tətbiq edilməlidir.

Üçüncüsü, əhalinin əksər hissəsinə, xüsusən də sosial ehtiyacı olan hissəsinə çox təcili, ciddi yardım göstərilməlidir ki, insanlar evdə otura bilsinlər.

Əks halda hakimiyyət özünün cəmiyyətdən təhlükəli həddə qədər uzaqlaşdıra bilər.

Odur ki, hökumət təcili və düzgün addımlar atmalıdır.

Öz növbəsində hüquq müdafiəçisi Samir Kazımlı hesab edir ki, bu virusa qarşı görülən tədbirlərdə əsas prioritet insanların sağlam, təhlükəsiz olmasıdır, eyni zamanda insan hüquq və azadlıqlarına da hörmət edilməlidir.

S.Kazımlı hesab edir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə məhkum edilmiş, səhhətlərində ciddi problemlər olan məhbuslar, əsasən həyatlarına yarana biləcək təhlükəni nəzərə alaraq siyasi məhbuslar həbsdən buraxmalıdır.

Lakin hakimiyyət əksinə, siyasi motivli həbsləri davam etdirir.

Digər tərəfdən, vətəndaşların sosial təcrid olunması da sosial problemlər yaradır.

Ona görə də karantin rejimi sərtləşdikcə əhaliyə sosial dəstək də artmalıdır.

Əks halda insanlar pulsuz, çörəksiz qala, sosial problemlərin içərisində sıxıla bilər və bu da mənfi hallara gətirib çıxara bilər.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button