İdman

Ermənistan Futbol Federasiyasının sabiq prezidenti həbs edilib

Ermənistan Futbol Federasiyasının keçmiş prezidenti Ruben Hayrapetyan qanunsuz silah saxlamaqda və ya gəzdirməkdə şübhəli bilinərək həbs olunub.

AzToday.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Polis Xidmətinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdir müavini Edqar Canoyan məlumat verib.

Qeyd edək ki, R.Hayrapetyanın vəkili Amram Makinyana qanunla müəyyən edilmiş funksiyaları yerinə yetirmək və müvəkkilini görmək üçün icazə verilmir.

Xatırladaq ki, bir qədər əvvəl, R.Hayrapetyanın vəkili A.Makinyan Polis Xidmətinin Cinayət Baş İdarəsinin maskalı əməkdaşlarıın müvafiq əsaslandırma olmadan R.Hayrapetyanıa zor tətbiq edərək apardıqları barəd məlumat vermişdi.

Bənzər yazılar

Back to top button