Siyasət
Putin İlham Əliyevi Yeni il münasibətilə təbrik edib
Rusiya prezidenti Vladimir Putin qarşıdan gələn 2023-cü il münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
“2022-ci ildə ölkələrimiz qarşılıqlı fəaliyyətin yeni -müttəfiqlik səviyyəsinə yüksəldi, ikitərəfli əmtəə dövriyyəsi rekord sürətlə artdı, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq, eləcə də regionlararası əməkdaşlıq dinamik şəkildə inkişaf etdi”, – Kremlin saytında dərc olunmuş təbrikdə deyilir.
Putin əmin olduğnu bildirib ki, Rusiya-Azərbaycan əlaqələri bundan sonra da möhkəmlənəcək, Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizlik və sabitlik davamlı olacaq.