DünyaManşet

Ermənilər məğlubiyyətə görə Köçəryan-Sarkisyan cütlüyünü günahkar sayır – Əhalinin üçdə biri hələ də nağıllara inanır

Fevralın 20-də Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanı devirmək üçün növbəti mitinqini keçirəcək. 17 siyasi partiyanın qatılacağı, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın dəstək verdiyi aksiyanın əsas hədəfi hakim “Mənim addımım” partiyasını istefaya göndərməkdir. Müxalifət buna nail olmaq üçün bütün imkanlardan istifadə edəcəyini bəyan edib. Hətta müxaliflərin keçid lideri Vazgen Manukyan xalqı Paşinyana qarşı qiyama çağırıb.

Müxalifət Paşinyan iqtidarını 10 noyabrdan sonra devirə bilmədisə, 3 ay sonra bunu necə bacaracaq?

Xatırladaq ki, mitinqin aparıcı qüvvəsi kimi Daşnaksütun partiyası çıxış edir. Adıçəkilən partiya ki, parlamentdə təmsil olunmayıb və son seçkilərdə ən aşağı nəticəni göstərib.

Bu arada, beynəlxalq aləmdə məşhur olan “Gullup International Аssociation” mərkəzinin İrəvan ofsinin Ermənistanda keçirdiyi soğrunun nəticələri diqqəti cəlb edir. Ermənistanın müharibədə məğlub olmasına baxmayaraq, sorğuya qatılanların 30 faizi erkən parlament seçkisində yenə də Paşinyanın “Mənim addımım” partiyasına səs verməyə hazır olduğunu bildirib. 30 faiz əhalisi azalan Ermənistan üçün kiçik rəqəm deyil. Müqayisə üçün deyək ki, sorğu nəticəsinə görə digər patiyalar “Mədim addımım”dan sonra gəlir. “Hansı siyasətçiyə üstünlük verirsiniz” sualına cavabda da ilk sırada Nikol Paşinyan gəlir.

Soğrunun “müharibədə məğlubiyyətə görə kim məsuliyyət daşıyır” sualına cavabın nəticələri də maraqldır. Sorğuya qatılanların 32 faizi məğlubiyyətə görə keçmiş hakimiyyətlərin, yəni Robert Köçəryanın və Serj Sarkisyanın məsuliyyət daşığıdını vurğulayıblar, yalnız 28 faiz Paşinyanın günahkar olduğunu söyləyib.

Politoloq Elxan Şahinoğlu bildirir ki, sorğunun nəticələrinə görə, ermənilərin əksəriyyəti məğlubiyyətə görə hazırki hakimiyyəti günahkar saymır. Onun sözlərinə görə, bu, aylardır Paşinyanın apardığı təbliğatın müsbət nəticəsidir: “Elə bizim özümüz də deyirik ki, Azərbaycan ordusu Köçəryan-Sarkisyan ordusu üzərində qələbə çalıb. Paşinyan iki ildən bir az çoxdur hakimiyyətdədir, bu qısa zaman kəsiyində ordunu gücləndirmək imkanına malik deyildi. Buna baxmayaraq, ermənilərin sorğunun digər sualına verdiyi cavab onların “nağıla” inandığını da göstərir. Soğruya qatılanların təxminən 31 faizə yaxını hesab edir ki, Ermənistan Şuşanı, Hadrutu və digər 7 rayonu geri qaytarmağa çalışmalıdır (?!). Cəmi 3.1 faiz reallıqdan çıxış edərək Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımasıyla münaqişəyə son qoyulması gərəkliyini bildirib”.

E.Şahinoğlu ümid edir ki, zaman keçdikcə bu nisbət artar. “Əsas odur ki, Şuşa və Hadrutu “geri qaytarmağı” gərəkli bilən 31 faiz də anlayır ki, Dağlıq Qarabağda ətrafları azərbaycanlılarla məskunlaşacaq bölgə bundan sonra reallığı qəbul etmək məcburiyyətində qalacaq,” – deyə ekspert vurğulayıb.

Bənzər yazılar

Back to top button