Hadisə
Aqil Abbasın oğluna yeni vəzifə verildi
![](https://aztoday.az/wp-content/uploads/2021/04/aqilabbasjpg1600687273.jpg)
Daxili İşlər orqanlarında yeni təyinat olub.
AzToday.az-ın xəbərinə görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis polkovnik-leytenantı Tuncay Abbasov Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinin rəisi vəzifəsindən azad edilib.
Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki. T.Abbasov deputat Aqil Abbasın oğludur.
Unikal.org