Hadisə

İcra hakimiyyətində əməliyyat: vəzifəli şəxslər saxlanılıb

Daşkəsən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.

“Qafqazinfo”nun yaydığı məlumata görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov və ümumi şöbənin işçisi Yaqub Bayramov saxlanılıb.

Həmin şəxslərin korrupsiya cinayətlərində şübhəli bilindikləri iddia olunur.

Əməliyyatın detallarını hələ ki bəlli deyil.

Bildirilir ki, hazırda icra başçısı əvəzi olan başçının müavini də saxlanılıb.

Bənzər yazılar

Back to top button