İqtisadiyyat

İqtisad Universitetinin “Məzun günü”nü məşhur şairin nəvəsi təşkil edib

Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, İqtisad Universiteti qalib şirkətdən – “İnnovation Event” MMC (VÖEN – 1304829761) “Məzun günü” tədbirinin keçirilməsi ilə bağlı təşkilatçılıq xidmətləri satınalacaq və qarşılığnda 50 min 740 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan “İnnovation Event” MMC 13 fevral 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Tağı Şahbazlı, ev 110, m. 15 ünvanında yerləşir. Şirkətin qanuni təmsliçisi Kürçaylı Əliağa Ülfət oğludur.

Onu da bildirək ki, “İnnovation Event” MMC-nin qanuni təmsilçisi Kürçaylı Əliağa Ülfət oğlu məşhur şair Əliağa Kürçaylının (1928-1980) nəvəsidir.

Bənzər yazılar

Back to top button