Hadisə

Daxili işlər Nazirliyi Bakıda 25 qeyri-leqal miqrantın saxlanıldığını bildirib

Bakıda müxtəlif ünvanlara polis reydləri zamanı Azərbaycan ərazisində yaşama hüququ verən sənədləri olmayan 25 əcnəbi saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər dələduzluğa məruz qalıblar. Pul müqabilində onlara vəd edilib ki, Azərbaycandan tranzitlə qeyri-leqal yollarla Avropa ölkələrinə keçmələri təmin olunacaq.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.

2024-cü ilin əvvəlindən Daxili İşlər Nazirliyinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan 127 əcnəbi vətəndaşı müəyyən edib. Onların barəsində müvafiq tədbirlər görülüb.

Bənzər yazılar

Back to top button