İqtisadiyyat

SOCAR 85 milyardlıq gəliri haradan və hansı məhsullardan qazanıb? – Siyahı

Ötən il Dövlət Neft Şirkətinin (SOCAR) ümumi gəlirləri əvvəlki illə müqayisədə 34 milyard manat azalaraq 85 milyard 201 milyon manat olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat SOCAR-ın açıqladığı illik maliyyə hesabatında yer alıb.
Qeyd olunur ki, SOCAR-ın əldə etdiyi gəlirlərin 58,6 milyard manatı İsveçrədən, 5,1 milyard manatı Türkiyədən, 3,2 milyard manatı Azərbaycandan, 5,6 milyard manatı BƏƏ-dən, 1,6 milyardı isə Gürcüstandan daxil olub.
Gəlirlərin 48,9 milyard manatı xam neftdən, 19 milyard manatı neft məhsullarından, 9,6 milyard manatı təbii qazdan, 4,6 milyard manatı isə neft-kimya məhsullarından əldə olunub.

Onu da bildirək ki, SOCAR-ın il ərzində əldə etdiyi 85,2 milyard manat gəlirin 83,6 milyard manatı xərclənib. Nəticədə SOCAR-ın illik xalis mənfəəti 2,1 milyard manat olub. Əvvəlki illə müqayisədə xalis mənfəət 4,5 dəfə azalıb. Belə ki, 2022-ci ildə SOCAR-ın xalis mənfəəti 9,4 milyard manat olub.

Bənzər yazılar

Back to top button