Cəmiyyət

Bu il iyulda Azərbaycanda hava həmişəkindən daha isti olacaq

İsti hava dalğalarının təsiri nəticəsində ötən illərə nisbətən bu ilin yayında isti günlərin bir qədər davamlı olacağı ehtimalı çoxdur. İyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi rayonlarda isə normadan bir qədər çox olacağı ehtimal olunur. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyul ayı üçün hava proqnozunda deyilir.

İyulda Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun müsbət 26+28 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecə havanın temperaturu müsbət 22+27, gündüz müsbət 30+35, bəzi günlərdə müsbət 37+40 dərəcə olacaq.

Naxçıvan Muxtar Respublikasında və Mərkəzi Aran rayonlarında havanın temperaturu müsbət 43 dərəcəyə yüksələcək.

Bənzər yazılar

Back to top button