Hadisə

Azərbaycanın cənubunda zəlzələ baş verib

Azərbaycanda 5 bal gücündə zəlzələ olub İyunun 28-də Bakı vaxtı ilə saat 07:43-də Lerik seysmik stansiyasından 27 km şərqdə, Lerik rayonunda 18 km dərinlikdə 5 maqnituda zəlzələ qeydə alınıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələ episentrdə 5 bala yaxın, Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücünə qədər hiss olunub. Fövqəladə Hallar Nazirliyi bildirib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək məlumat daxil olmayıb.

Bənzər yazılar

Back to top button