Mübariz Əsgərov MTRŞ-nin üzvü təyin edildi (SƏRƏNCAM)
![](https://aztoday.az/wp-content/uploads/2023/02/mubariz-c999sgc999rov-mtrs-nin-uzvu-tc999yin-edildi-sc999rc999ncam-780x450.jpg)
Mübariz Ağali oğlu Əsgərov 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib.
AzToday.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, M.Əsgərov 1962-ci il yanvarın 20-də Ucarda anadan olub.
O, Moskva Dövlət Universitetinın Jurnalistika (Radio və Televiziya) fakültəsini fəxri (qırmızı) diplomla bitirib. 2015-ci ildə Əməkdar jurnalist adına layiq görülüb.
M.Əsgərov 1992-1998-ci illərdə AzTV-də və 1998-ci ildən ANS TV-də lahiyə rəhbəri vəzifəsində çalışıb. “Qulp” satirik telelayihəsinin, “Mübarizə” və “Xalq şairi” verilişlərinin müəllifi olub. Sonralar Xəzər TV və ARB TV-də “Rezonans” verilişinin müəllifi və aparıcısı olub. Bir neçə sənədli filmin müəllifidir. “Qulp Studio” Məhdud Məsuliyyətli Cəmiyyətin direktorudur. “Obyektiv Milli Dəyərlərin təbliğinə dəstək” İctimai Birliyinin sədridir.