Dünya

“Son qala” da təslim oldu: Taliban Pəncşiri ələ keçirdi

“Taliban” Əfqanıstanın şimalındakı Pəncşir əyalətini tamamilə ələ keçirib.

Qaynarinfo xəbər verir ki, belə bir bəyanatı 6 sentyabr, bazar ertəsi günü hərəkatın nümayəndəsi Zabihullah Mücahid yayıb.

“Son qala… Pəncşir əyaləti tamamilə ələ keçirildi. Əyalətdəki üsyançılardan bəziləri məğlub olub, digərləri isə qaçıb. “Taliban” əyalət sakinlərinə ayrı-seçkilik etməyəcək”, – deyə hərəkatın sözçüsü bildirib.

Xatırladaq ki, daha əvvəl Əfqanıstan Pəncşirindəki müqavimət qüvvələrinin lideri Əhməd Məsud döyüşü dayandırmağa və danışıqlara başlamağa hazır olduğunu bildirib. Lakin yaraqlıların bu əyalət ərazisindən çıxarılması üçün şərtlər qoyulub. Bu arada “Taliban” belə bir barışıq təklifini rədd edib.

Bənzər yazılar

Back to top button