İdman

“Mabppe ilə finalda qarşılaşsaq, onu qazona yaxacam” – Antonio Rüdiger

“Real Madrid”in müdafiəçisi Antonio Rüdiger PSJ-nin ulduz hücumçusu Kilian Mbappe ilə Çempionlar Liqasının finalında mümkün qarşılaşmaları haqda sualı cavablandırıb.

Fanat.az “Madrid Xtra” arxa xətt oyunçusunun sözlərini belə çatdırıb:

“Çempionlar Liqasının finalında Mbappe ilə qarşılaşsam, ona qalib gələcəyik. Yanımdan keçməyə çalışsa, onu qazona yaxacam.

Mbappenin “Real”a keçməsi yaxşı addımdırmı? Kim dedi ki, keçir? Hələ rəsmi deyil”.

Xatırladaq ki, Madrid təmsilçisi ÇL-in yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində bu gün “Bayern Münhen”in qonağı olacaq. “Alyans Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Bənzər yazılar

Back to top button