İdman

Ronaldodan dünya rekordu

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo yeni rekorda imza atıb.

Qol.az “Squawka”ya istinadən xəbər verir ki, o, buna Avro-2024-ün seçmə mərhələsində Lixtenşteynlə matçda iştirak etməklə nail olub. Bununla, 38 yaşlı hücumçu millidə beynəlxalq səviyyədə197-ci oyununa çıxıb. Ronaldo milli komandalarda ən çox oyuna çıxan futbolçu adına yiyələnib və bu göstəricidə dünya rekordçusu olub. Oyunçu millidə meydana çıxma sayına görə Bader Əl-Mutavanı (Küveyt, 196 oyun) geridə qoyub.

Qeyd edək ki, Ronaldo 2003-cü ildən Portuqaliyanın əsas millisində oynayır.

Bənzər yazılar

Back to top button