Dünya

Quyuya düşən şəxs 6 gün sonra xilas edildi

İndoneziyanın Bali adasında düşdüyü quyuda 6 gün köməksiz qalan Böyük Britaniya vətəndaşı çıxarılıb.

Qaynarinfo xəbər verir ki, 29 yaşlı Ceykob Roberts adlı şəxs itdən qaçarkən 4 metr dərinliyindəki su quyusuna düşüb. Quyu yaşayış yerindən uzaq olduğundan dümək olar ki, 1 həftə boyu onun səsini eşidən olmayıb.

Quyu beton olduğundan təkbaşına çıxa bilməyib və 1 həftə ac qalan Ceykob su sayəsində həyatda qalıb.

Onun yardım çağırışını 6 gün sonra inək otaran bir çoban eşidib. Bundan sonra əraziyə xilasetmə qrupu gəlib. O, quyudan çıxarıldıqdan sonra xəstəxanaya yerləşdirilib.

Bənzər yazılar

Back to top button