Dünya

ABŞ səfirliyindən FETÖ-çüyə görə reaksiya gəldi

İstanbuldakı Baş Konsulluğunun keçmiş əməkdaşı Metin Topuzun 8 il 9 ay həbs cəzasına məhkum edilməsi etiraz səbəb olub

AzToday.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun keçmiş əməkdaşı Metin Topuzun FETÖ-yə kömək etdiyi üçün 8 il 9 ay həbs cəzasına məhkum edilməsinə görə ABŞ Türkiyə səfirliyindən bəyanat verib.

ABŞ səfirliyinin “Twitter” hesabından edilən açıqlamada aşağıdakı ifadələrdən istifadə edilib: “ABŞ rəsmiləri, İstanbulda Metin Topuzla bağlı görülən bütün dinləmələri izlədi. Bugünkü qərardan dərin məyusluq hissi keçiririk. Bu qərarı dəstəkləyəcək heç bir inandırıcı dəlil görmürük və qərarın yuxarı məhkəmə tərəfindən tez bir zamanda ləğv olunmasını arzulayırıq. Cənab Topuz təqribən 30 ildir hər iki ölkənin rəsmiləri və vətəndaşları tərəfindən bəyənilən mühüm işlər həyata keçirdi. Təlimatlarıma uyğun olaraq, Türkiyə və ABŞ hüquq-mühafizə orqanları arasında əməkdaşlığı inkişaf etdirdi. Hər iki ölkədə insanların təhlükəsizliyinə töhfə verdi”.

Səfirliyin bəyanatında qeyd edilir ki, M.Topuzun rəsmi vəzifələri ilə bağlı iddialar, yerli işçilərimizin ABŞ hökuməti adından və ikitərəfli münasibətlərimizi düzəltmək üçün həyata keçirdiyi mühüm işin həcmini və xarakterini təhrif edir.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button