DünyaSağlamlıq

Koronavirusun ikinci dalğasının başlanğıc əlamətləri açıqlandı

Tibb elmləri doktoru, viroloq Viktor Zuyev “Zvezda” telekanalına koronavirusun ikinci dalğasının gəlişini necə tanıya biləcəyimizi açıqlayıb.

Qaynarinfo xəbər verir ki, ona görə, koronavirus tənəffüs sisteminə təsir edir, buna görə virusun əlamətləri qrip xəstəliyinə bənzəyəcək.

Qrip adətən ildə iki dəfə gəlir – yazın əvvəlində və payızın sonlarında. “Payızın sonlarında xəstəlik yenidən başlayacaq və o zaman yalnız qrip virusu deyil, həm də koronavirus olacaq”, – Zuyev deyib. O vurğulayıb ki, iyul, avqust və sentyabr aylarında adamlar qripi unutduqları kimi, koronavirusu da unudacaqlar, ancaq payızın sonunda bir daha xatırlayacaqlar.

Koronavirus digər viruslardan yüksək dərəcədə yoluxma ilə fərqlənir. Ancaq zaman keçdikcə bu xüsusiyyət zəifləməyə başlayacaq, – Zuyev əminliyini ifadə edib. Və əlavə edib ki, Rusiyada koronavirusun yenidən yayılması oktyabr ayında gözlənilir.

Bənzər yazılar

Back to top button