Dünya

Qırğızıstan baş nazirinin istefası qəbul edildi

Qırğızıstanın baş naziri Məhəmmədkalıy Abılqazıyev korrupsiya iddialarına görə vəzifəsində istefa verib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov baş nazirin istefasını qəbul edib.

Abılqazıyev “Radio tezliyi dalğasının genişləndirilməsi və yenilənməsi davası” ilə əlaqədar hökumətə və özünə qarşı korrupsiya iddialarının olduğunu deyib. Lakin bununla heç bir əlaqəsinin olmadığını deyən sabiq baş nazir barəsində yayılan iddiaların əsassız olduğunu deyib. Bildirib ki, ümid edirəm günahkarlar müəyyənləşdirilər.

“İstintaq səbəbindən yaranan qeyri-müəyyənliyə görə hökumət sağlam fəaliyyət göstərə bilməz. Bu səbəbdən vəzifəmdən istefa vermək qərarı aldım”, – deyə Abılqazıyev bildirib.

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, Jeenbekov baş nazirin istefasını qəbul etdiyinə dair sərəncam imzalayıb və yeni hökumət formalaşana qədər mövcud administrasiya işini davam etdirəcək. Digər tərəfdən koalisiya hökumətini formalaşdıran partiyalar yeni baş nazir namizədinin müəyyənləşdirilməsi üçün bir araya gələcək.

Qeyd edək ki, Qırğızıstanda aprel ayının əvvəlindən bəzi səlahiyyətli şəxslər barəsində qanunsuz olaraq radio tezliyi dalğalarının genişləndirilməsi və yenilənməsi mərhələsində dövləti maddi ziyana salmaları ittihamı üzrə cinayət işi açılıb. Korrupsiya iddiası ilk dəfə mayın 20-də Parlamentin Ali Şurasında millət vəkili Janar Akayev tərəfindən ictimaiyyətə açıqlanıb. Akayev çıxışında baş nazir Abılqazıyevin günahsızlığını sübut etməsini tələb etmişdi.

Qeyd edək ki, telefon şirkətlərindən birinin kabel televiziyasından təxminən 1 milyon 800 dollara aldığı tezlik xəttinin lisenziyasının yenilənməsi ilə əlaqədar dövlətə vurulan zərərin 67 milyon dollar olduğu iddia edilir. Sözügedən şirkətin direktorunun da bu səhər saxlanıldığı açıqlanıb.

Bənzər yazılar

Back to top button