Dünya

Çıxış zamanı öskürən baş nazir işdən “çıxarıldı” – VİDEO

Böyük Britaniyanın baş naziri Tereza Mey partiyasının konfransında çıxış edərkən çətin anlar yaşayıb.
AzToday.az Publika.az-a istinadən xəbər verir ki, buna səbəb nazirin boğazında yaranmış problem olub. O, çıxışı zamanı tez-tez öskürməyə başlayıb.
Partiya yoldaşları nazirin çətin vəziyyətə düşdüyünü görərək ona alqışlarla dəstək olmağa çalışıblar. Maliyyə naziri isə Tereza Meyə öskürəyə qarşı həb verib.
Heç bir çətinlik qarşısında geri addım atmayacağını deyən Tereza Mey elə bu anda gözlənilməz vəziyyətlə qarşılaşıb.
Belə ki, Saymon Brodkin adlı şəxs baş nazirə işdən çıxarılan zaman təqdim edilən “P45” adlı sənəd uzadıb. O, sənədi təqdim edərkən “Britaniya Xarici İşlər naziri Boris Conson bunu sizə verməyimi xahiş etdi” deyib.
T.Mey isə bu gözlənilməz vəziyyət qarşısında təəccübünü gizlətməyi bacarıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button