DünyaManşet

Paşinyanın Moskvaya getməməsinin əsl səbəbi bəlli oldu

“Moskva göz yaşlarına inanmır”

Məlum olduğu kimi, 9 may tarixinə nəzrdə tutulmuş Qələbənin 75 illiyinə həsr olunmuş hərbi parad koronavirus pandemiyasına görə iyunun 24-ə keçirilmişdi. Bəzi keçmiş sovet respublikalarının rəhbərləri kimi, Ermənistanın baş naziri də paradda iştirak edəcəyini bəyan etmişdi. Lakin bu günlərdə xəbər çıxdı ki, Nikol Paşinyan Moskvaya getməyəcək.

AzToday.az “Hraparak” qəzetinə istinadən xəbər verir ki, Paşinyanın Rusiya səfərinin ləğvinə səbəb Kremlin maneələridir.

Səfərdən imtinanın səbəbini araşdıran “Hraparak” qəzeti yazır ki, N.Paşinyanın Moskvaya səfərini ləğv etməsi Rusiya tərəfinin bəzi tələblərindən qaynaqlanıb. Nəşrin mənbələrinə görə, bu daha çox Kremlin yaratdığı maneələrə görə baş verir. Belə ki, Rusiya tərəfi baş nazirin Moskva hava limanında koronavirus testindən keçməsini tələb edib, çünki onlarda Nikol Paşinyanın koronvirus infeksiyasına yoluxması və və belə tez sağalması ilə bağlı şübhələr var:

“Erməni tərəfi Paşinyanın İrəvanda aparılan və mənfi cavab çıxan testinin nəticələrini göndərməyi təklif edib, lakin ruslar imtina edərək, baş nazirin yerindəcə yoxlanılmasının lazım olduğunu və həqiqətən xəstələnib və sağaldısa, qanın tərkibində mütləq anticisimlərin olması faktını aşkarlamağın vacib olduğunu deyiblər”.

Qəzet yazır ki, əgər Paşinyanın həqiqətən də koronavirusa yoluxmadığı ortaya çıxsa, o zaman Rusiyaya girişi qadağan ediləcək, çünki Ermənistan koronavirusun yayılması baxımından bölgədəki ən təhlükəli ölkədir.

Beləliklə, N.Paşinyanın yalanları ortaya çıxamasın deyə Rusiya paytaxtına getməkdən imtina edib.

Bununla da bir daha sübut olundu ki, “Moskva göz yaşlarına innamır”. Özünüreklam xatirinə koronavirusa yoluxduğunu, daha sonra isə sağaldığını elan edən N.Paşinyanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitinə də maska ilə qatılması Moskvanın şübhələrinə səbəb olub.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button