Cəmiyyət

Bakıda polis postları quruldu (FOTO)

Sərtləşdirilmiş karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlarda artıq polis postları quraşdırılıb.

Qaynarinfo-nun verdiyi xəbərə görə, bu gündən tətbiq edilən karantin rejiminin qaydalarının pozulmamasına görə polis əməkdaşları xidmət aparırlar. Ölkənin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Masallı, Cəlilabad, Yevlax şəhərlərində və Abşeron rayonunda artıq küçəyə icazəsiz çıxmaq qadağan olunub.

SMS icazə almadan, yaxud icaze.e-gov.az portalında qeydiyyatdan keçməyən şəxslər cərimə olunacaq. Artıq paytaxt Bakının küçələrində də bir neçə yerdə polis postları qurulub.

Həm sürücülər, həm də piyadaların yoxlanılmasına başlanılıb.

Qeyd edək ki, bu gündən başlayan xüsusi karantin rejimi iyulun 5-dək davam edəcək.

Bənzər yazılar

Back to top button