DünyaManşet

Britaniyanın nüfuzlu telekanalı Paşinyanı biabır elədi

“BBC News”: Ermənistan baş nazirinin tənqidləri koronavirusla mübarizə apara bilmədiyi üçün artır

Böyük Britaniyanın “BBC News” telekanalı Ermənistanla bağlı yayımladığı reportajında Cənubi Qafqazda Ermənistanın koronavirusdan ən çox əziyyət çəkən ölkəsi olması, hər gün yüzlərlə yeni infeksiyaya yoluxmanın qeydə alındığı xüsusi vurğulanır. AzToday.az-ın məlumatına görə, reportajı hazırlayan müxbir, xüsusilə qeyd edib ki, virusun qarşısının alınması prosesinin uğursuz olması səbəbindən özü də koronavirus xəstəsi olan Ermənistanın baş naziri Nikol Paşinyana qarşı tənqidlər artır: “Buna baxmayaraq, hakimiyyət ölkənin yenidən sərt karantin rejimi ilə qapamasını təmin edə bilməyəcəyini söyləyirlər”.

Ermənistanda yoluxanların sayı dünyada 1 milyon əhaliyə düşən ən yüksək hesab olunur

BBC-nin bölgə müxbiri baş nazir Nikol Paşinyanın “Surb Qriqor Lusavoriç” tibb mərkəzinə baş çəkdiyi zaman reanimasiyada yalnız üç boş yerin olduğunu canlı yayımda ona söylədiklərini qeyd edib.

BBC News bildirir ki, Ermənistanda yoluxanların sayı dünyada 1 milyon əhaliyə düşən ən yüksək hesab olunur. “Karyak Media”nın qurucularından biri Samvel Farmanyan bu məsələni şərh edərək, hökumətin koronavirusla mübarizəsinin fəlakətli olduğunu, onların tamamilə uğursuz fəaliyyət göstərdiklərini və buna görə Ermənistanın ən pis statistikaya sahib olan ölkələr sırasında olduğunu vurğulayıb.

“Sərhədlərimizi və biznesi aylarla, illərlə bağlı saxlasaq, digər səbəblərə görə öləcəyik”

Müxbir, həmçinin Ermənistan SQ baş qərargahının keçmiş rəisi Artak Davtyanın oğlunun toyundan, ardınca sonuncunun işdən qovulmasından danışıb. Bu kontekstdə qeyd olunur ki, bu epizoddan sonra bir çox vətəndaşda Nazirlər Kabinetinin üzvlərinin epidemiyaya ciddi yanaşmadığı təəssüratı yaranıb: “Ertəsi gün hökumət başçısı general və digər vəzifəli şəxsləri işdən çıxardı, lakin bu, koronavirusla mübarizənin uğursuz olması səbəbindən bütün kabinetin istefasını tələb edən Ermənistanın siyasi müxalifətini qane etmədi”, – deyən müxbir əlavə edib ki, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Çarukyanın iştirakı ilə son hadisələrin görüntülərini təqdim edib.

Müxbir, həmçinin koronavirusa yoluxanların sayının artmaqda davam etdiyi halda Ermənistanın aprel ayında iqtisadi sahənin fəaliyyətini bərpa etdiyinini bildirib. Bu ay iqtisadi göstəricilər 17% azalıb və Nazirlər Kabineti, başqa bir qapanmaya icazə verə bilməyəcəyini söyləyib. Respublikanın səhiyyə naziri Arsen Torosyan yaranmış vəziyyəti şərh edib: “Sərhədlərimizi və biznesi aylarla, illərlə bağlı saxlasaq, digər səbəblərə görə öləcəyik”.

Bənzər yazılar

Back to top button