Dünya

Ruhani: “Neftdən asılı olmadan ölkəni idarə edə bildik”

ABŞ-ın sanksiyalarına baxmayaraq, neftdən asılı olmayan iqtisadiyyatla ölkəni idarə edə bildik.

Qaynarinfo xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib. O, yaşanan iqtisadi böhranda xalqın və istehsalçıların ehtiyacduyduqları məhsulların təmin edildiyini bildirib.

“Bu ağır şərtlərdə ölkənin idarə edilə bilməsi, xalqın ABŞ-a qarşı gücünün bariz nümunəsidir. ABŞ sanksiya tətbiq etməklə ölkə iqtisadiyyatını kilitləməyi ümid edirdi. Neftdən asılı olmayan iqtisadiyyatımızla ölkəni idarə edə bildik. Bu, iqtisadi müharibdə İran üçün böyük zələbədir”.

Bənzər yazılar

Back to top button