Dünya

Boksçu əlil şəxsi müdafiə edən adamı bir zərbəylə öldürdü (VİDEO)

İyulun 27-nə keçən gecə Barnaul şəhərinin mərkəzində dava baş verib. Nəticədə bir nəfər ölüb.

Qaynarinfo xəbər verir ki, bu haqda Rusiya Federasiyasının Altay diyarındakı nümayəndəliyinin saytında verilən məlumatda bildirilib.

Qətli törədən 38 yaşlı kişi tutulub. VKontakte-də yayımlanan “Barnaul hadisəsi” hesabında bildirilib ki, mərhum, rəfiqələri ilə təzyiqə məruz qalan bir əlili müdafiə etməyə çalışıb. Əlilə təzyiq edənin özü boksçu, rəfiqələrindən biri isə kikboksinq üzrə dünya çempionudur. Hadisə Köhnə Bazar bölgəsində baş verib. Münaqişənin təşəbbüskarı qadınlar olub.

Boksçu əlili müdafiə edən adamın başına bir zərbə vurub. Zərbə alan adam yerindəcə ölüb. Baş verən hadisəyə artıq bölgənin qubernatoru Viktor Tomenko da münasibət bildirib: “Əminəm ki, bu cür hadisələrə reaksiya ən sərt olmalı və günahkarlar tam qanuni cəzalarını almalıdırlar”.

Hazırda boksçu saxlanılıb.

Bənzər yazılar

Back to top button