Dünya

Medvedev: “Hazırkı böhranın sonu görünmür”

“Təəssüf ki, hələ bu böhranın sonu görünmür”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini, “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedev “PolitStartap” kadr layihəsi iştirakçıları ilə görüşdə Rusiyada və dünyada müşahidə olunan böhran haqda danışarkən deyib.

O qeyd edib ki, hər hansı bir böhran hadisəsi həmişə zəif tərəfləri üzə çıxarır. Bunun Rusiyada və dünyanın əksər ölkələrində baş verdiyi açıq-aydın hiss olunur.

Medvedev məşğulluq xidmətini ilk zəif bənd adlandırıb. Onun sözlərinə görə, sabitlik şəraitində onlar vəzifələrini yaxşı-pis yerinə yetirirlər.

“Ancaq böhran başlayanda bütün zəiflikləri üzə çıxdı və uğursuzluqla nəticələndi”, – Medvedev deyib.

Ayrıca, keçmiş prezident və keçmiş hökumət başçısı mövcud böhranı xüsusi olaraq xarakterizə edib:

“Təəssüf ki, hələlik bu böhranın sonu görünmür”.

Bənzər yazılar

Back to top button