Dünya

Ermənistanda komitə sədri həbs olundu

Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökumətində baş verən korrupsiya rüşvət qalmaqalları onu zərrəcə narahat etmir.

AzToday.az “News.am” saytına istinadən xəbər verir ki, Ermənistan Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin yaydığı məlumata görə, barəsində cinayət işini aparan məhkəmə Şəhərsalma Komitəsinin sədri Vahaqn Vermişyanın həbsi barədə tələbini təmin edib.

Xatırladaq ki, Ermənistan TX Şəhərsalma Komitəsi sədrinin vəzifə səlahiyyətlərindən istifadə edərək, xidmətin maraqlarına zidd olaraq və şəxsi maraqlara əsaslanaraq, tikinti işlərini həyata keçirən şəxslər və ya inşaat işçilərinin nümayəndələri ilə şəxsən və yaxın bir şəxs vasitəsilə pul və ya əşyalar şəklində alınan rüşvət əvəzində lazımi qərarların tez bir zamanda alınmasını və icrasını təmin etdiyi barədə faktiki sübutlar toplanıb. Bu istintraq işində 1 milyondan 2,5 milyon drama qədər olan beş epizod barədə məlumatlar var.

Bundan əlavə, 23 oktyabr 2019-cu ildə V.Vermişyan öz ofisində 5 min ABŞ dolları və 2379950 dram dəyərində tikinti materiallarının əvəzində bir neçə tikinti şirkətinin sahibinə “Ermənistanın əməkdar inşaatçısı” adını verməyə razı olub.

TX İstintaq Departamentinin başlatdığı cinayət işi çərçivəsində, şübhəli bilinən şəxslərdən ikisi, o cümlədən komitə sədri həbs olunub, rüşvət alan məmur isə dindirilmə zamanı cinayət törətdiyini etiraf edib.

Maraqlı olan odur ki, artıq neçənci dəfədir ki, Paşinyanın rəhbrəlik etdiyi Ermənistan hökumətində komitə sədri, nazir müavini səviyyəsində cinayət, korrupsiya və rüşvət qalmaqalı baş vermir, amma baş nazir buna görə məsuliyyət daşımalı olduğu halda zərrəcə narahat olmur.

Bənzər yazılar

Back to top button