Cəmiyyət

Azərbaycanda ov mövsümü açıldı

Azərbaycan Respublikası ərazisində 2020-2021-ci illər üçün ov mövsümü Ov Məsələləri üzrə Koordinasiya Şurasının qərarı ilə 01 sentyabr tarixindən etibarən açıq elan edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzToday.az-a verilən məlumata görə, ovlanmasına icazə verilən vəhşi heyvanların və quşların ovlanma müddətləri və normaları ilə bağlı elan Nazirliyin rəsmi internet səhifəsinin “Elanlar” bölməsində yerləşdirilib.

Ov mövsümünün gələn il fevralın 28-də başa çatması nəzərdə tutulub.

Bənzər yazılar

Back to top button