İdman

Zidan: “Beyllə aramızda problem olmayıb, sadəcə…”

“Real”ın baş məşqçisi Zinəddin Zidan “Tottenhem”ə 1 illik icarəyə verilən Qaret Beyl haqda danışıb.

Fanat.az xəbər verir ki, Zizu uelsli ulduzun Madrid komandasından ayrımasıyla bağlı bunu deyib:

“İnsanlar Beylin gedişində məni günahlandırsa da, bu, məni əsəbiləşdirmir. Çünki deyilənlər doğru deyil. Mənim Beyllə heç bir problemim olmayıb. Heç kim onun “Real” üçün etdiklərini kiçiltməyəcək.

Qaret üçün ən yaxşısını arzu edirəm. Onunla danışmamışam. Beyl “Real”da əlindən gələni etdi, kubok qazandı, finallar oynadı. Ötən mövsümdə də “Real”da qaldısa, deməli, bir səbəbi var idi.

Beylin gedişi ilə üzərimdən yük götürüldümü? Xeyr, çünki o, mənə yük olmayıb. Onunla aramda heç bir problem olmayıb. Sadəcə, müxtəlif səbəblərə görə az oynadı”.

Bənzər yazılar

Back to top button