Mədəniyyət
Sami Yusuf Azərbaycana dəstək verib
Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar Azərbaycan Ordusuna dəstəyini ifadə edib.
“Report” xəbər verir ki, sənətçi bununla bağlı “Twitter” səhifəsində paylaşım edib.
“Düşüncələrim və dualarım Azərbaycanladır”, – deyə S.Yusuf paylaşımda qeyd edib.
O, bu paylaşımına “Qarabağ Azərbaycandır” həştəqini əlavə edib.