Hadisə
Tərtərdə daha bir dinc sakin həlak oldu
Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir.
Bu barədə”Report”a rayon sakinləri məlumat verib.
Oktyabrın 1-i saat 8:30 radələrində düşmənin növbəti dəfə atdığı top mərmilərindən ikisi şəhərin mərkəzinə düşüb. Nəticədə bir nəfər həlak olub. Top mərmisinin düşdüyü ərazidə olan obyektlərə ziyan dəyib.