GündəmHadisə

Düşmənin 2 ədəd “Qrad”ı və topları sıradan çıxarıldı (RƏSMİ)

Gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 “Qrad”ı sıradan çıxarılıb.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 41-ci artilleriya alayının atəş mövqelərində dayanan “Qrad”lar Azərbaycan Ordusunun atəş zərbəsi ilə məhv edilib.

Bundan əlavə, 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri də bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Bənzər yazılar

Back to top button