Cəmiyyət

Sabah aran rayonlarında havanın temperaturu müsbət 42 + 43 dərəcə olacaq

Avqustun 10-da Bakıda və Abşeronda quru isti hava şəraiti davam edəcək, cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptiklərinin məlumatına görə, gecə havanın temperaturu müsbət 23+28, gündüz müsbət 35+39, bəzi yerlərdə isə müsbət 41 dərəcə olacaq.

Ölkə rayonlarında da yağıntı gözlənilmir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə müsbət 23+28, gündüz müsbət 36+41, bəzi yerlərdə müsbət 42+43 dərəcə olacaq. Dağlarda gecə müsbət 16 +21, gündüz müsbət 29 + 34 dərəcə gözlənilir.

Bənzər yazılar

Back to top button