Dünya

Aleksandr Lukaşenko:“Belarusa II AES lazımdır”

“Neft və qaz tədarükündən asılı olamamaq üçün ölkəmizə II Atom Ekektrik Stansiyası (AES) lazımdır”.

“BelTA” agentliyinin verdiyi məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

“Karbohidrogen asıllığından qaçmaq üçün biz daha bir belə stansiya inşa etməliyik. Bu, xoşbəxtlikdir, hədiyyədir”, – deyə o, qeyd edib.

Xatırladaq ki, Belarusda ilk atom elektrik stansiyasının (BelAES) rəsmi açılış mərasimi sabah keçiriləcək. (report)

Bənzər yazılar

Back to top button