İdman

Simeonedən Felikslə bağlı önəmli açıqlama: “Barselona”da qalsa…”

“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone “Barselona”da icarə əsasında çıxış edən Joau Feliksdən danışıb.

Fanat.az xəbər verir ki, “Mundo Deportivo” onun dediklərini belə çatdırıb:

“Joau Felikslə bağlı iyunda baş verəcək istənilən qərar “Atletiko” üçün faydalı olacaq. O, “Barselona”da qalsa, klub ciddi məbləğdə pul alacaq. Əks halda, yəni bizə qayıtsa, müqaviləsinin sonuna qədər – daha 3 il komandamızda olacaq. Belədə, o, “Atletiko”nun oyununa töhfə verəcək”.

Xatırladaq ki, 23 yaşlı yarımmüdafiəçi bu mövsüm “Barsa” forması ilə 5 matça çıxaraq 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər yazılar

Back to top button