Hadisə

Zaqatalada 15 nəfər dönərdən zəhərləndi – TƏBİB

Bu gün saat 17:40-dan başlayaraq qidadan zəhərlənmə şübhəsilə 15 nəfər (10 qadın cinsli, 5 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.

AzToday.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, onlardan 5-i uşaqdır:

“Xəstələrin vəziyyəti orta ağır, huşları aydındır. Hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir”.

Bənzər yazılar

Back to top button