GündəmHadisə

Mövqelərimiz atəşə tutuldu – Naxçıvan istiqamətində

Sentyabrın 4-ü saat 09:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Bənzər yazılar

Back to top button